
Bu günlərdə Bakı Dövlət Universitetində “Zəfər yolu Azərbaycan mətbuatının işığında” adlı kitabın təqdimatı oldu. Kitabın müəllifi universitetin jurnalistika fakültəsinin saathesabı müəllimi, jurnalist Kənan Novruzovdur.
Adından da göründüyü kimi, kitab İkinci Qarabağ müharibəsinə həsr olunub. Elmi əsərdə həmin dövrdə mediamızın fəaliyyəti təhlil edilib.
“Globalinfo” olaraq kitabla bağlı daha ətraflı məlumat öyrənmək üçün müəlliflə hömsöhbət olduq:
– “Zəfər yolu Azərbaycan mətbuatının işığında” adlı kitabınız necə oldu ki, ərsəyə gəldi?
– Sözügedən elmi əsəri yazarsan əsasən hansı mənbələrdən istifadə etmisiz?
– Həmin dövrdə mən “Şərq” qəzetində çalışırdım. Fəaliyyətimizin əsas hissəsi məhv davam edən Vətən müharibəsi ilə bağlı idi. Necə həyəcanla və esktremal şəraitdə işlədiyimizi sözlə ifadə etmək çətin olar. Cəbhədən şad xəbər gələn kimi sevinirdik. Həmin xəbərlərlə yorğunluğumuz bir anda aradan qaldırdı. Kitabı ərsəyə gətirərkən daha çox “Şərq” qəzetində, “525-ci” qəzetdə, “Report” İnformasiya Agentliyində və digər mətbu orqanlarda dərc olunan yazılardan, həmçinin televiziya süjetlərindən və elmi ədəbiyyatlardan istifadə etmişəm.

– Bu mövzuda elmi əsər ortaya qoymuş bir tədqiqatçı kimi fikirləriniz maraqlı olardı, Vətən müharibəsi dövründə jurnalistlərimiz necə fəaliyyət göstərdilər?
– Həmin dövrdə media işçilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər. İctimai rəyin təyin olunmasında jurnalistlər mühüm rol oynadılar. Sözsüz ki, qələbəmizdə peşəkar mediamızın da rolu oldu. Jurnalistlərimiz xarici KİV-in tirajladığı dezinformasiyaların qarşısını ustalıqla aldı. Bu, mühüm məqamdır.
Qeyd etmək yerinə düşər ki, Prezident, Ali Baş Komandan İlham Əliyev müharibə dövründə həm də informasiya cəbhəsinin ali baş komandanı idi. Ölkə rəhbərinin xarici media qurumlarına verdiyi müsahibələr bu baxımdan xüsusi əhəmiyyətlidir. Dövlət başçısı həmin müsahibələrdə səsləndirdiyi fikirlərlə ictimai rəydə çaşqınlığa imkan vermədi. Təsadüfi deyil ki, müharibənin sonuna qədər ölkədə xalq- hakimiyyət birliyi təmin olundu.
– Sizcə, bu kitabın əsas əhəmiyyəti nədən ibarətdir?
– Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu kitabda müasir tariximizin müəyyən bir hissəsi var. Saytlardakı yazılar nə vaxtsa silinə, qəzetlər itə bilər. Amma kitab qalacaq. Bu monoqrafiya həm də bir növ konspekt xarakteri daşıyır. Düşünürəm ki, gələcəkdə də oxşar addımlar atıla bilər.
– Oxşar təşəbbüsləri davam etdirmək fikriniz var?