Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

Göygöl rayonu, Qızılca kəndində çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.

Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.