Ordumuz təhvil verilən kəndlərə daxil oldu?

Daşnak Qarnik Danielyan Azərbaycan Ordusunun bölmələrinin Əskipar ərazisinə irəliləməsi barədə “məlumat” aldıqlarını bildirib. Bu məlumat yalandır.

Bu barədə “Baqramyan 26” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hazırda sərhədin hər iki tərəfində sərhədçilərin yerləşdirilməsi ilə bağlı araşdırmalar aparılır:

“Bölmələrin yerdəyişməsi isə baş verməyib. Etiraz dalğasının aydın şəkildə söndüyünü görən çirkli texnologiyalar bazar ertəsindən əvvəl insanları həyəcanlandırmaq üçün işə düşür”.

***21:09

Azərbaycan Ordusunun bölmələrinin Qazaxın işğal altında olan 7 kəndindən azad edilən anklav olmayan 4 kəndinə daxil olduğu haqda iddia yayılıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, faktı yerində yoxlamaq üçün erməni deputat Qarnik Danielyan Əskiparaya gedir.

Xatırladaq ki, Ermənistan rəsmi olaraq sərhədin Tavuş hissəsində delimitasiya prosesinin tamamlandığını bildirmişdi. Bu isə o deməkdir ki, artıq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərinin geri qaytarılması prosesi tamamlanıb.