Mehriban Zəki: “Bunu Entoni Hopkins xüsusi olaraq mənim üçün…” – FOTO

Xalq artisti Mehriban Zəki kolleksiyası ilə bağlı maraqlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, kolleksiyasından özəl kitab nüsxəsinin fotosunu instaqramda paylaşıb.

“Çoxları bilir ki, mən Balaca Şahzadə kitablarını müxtəlif dillərdə kolleksiya edirəm. Artıq 50 kitabımın arasında eksklüziv kolleksiya nəşrindən olan bu nüsxənin mənim ürəyimdə xüsusi yeri var. Çünki onu sevimli aktyorum Entoni Hopkins mənim üçün xüsusi imzalayıb”, –  M.Zəki bildirib.