Makron nüvə silahından istifadə məsələsini müzakirə etməyə çağırdı

Fransa Prezidenti Emmanuel Makron Avropanın müdafiəsi ilə bağlı müzakirələrə başlamaq çağırışı edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın mediası məlumat yayıb.

Məlumata görə, müzakirələrə nüvə silahı da daxil edilib:

“Nüvə silahlarının mövcudluğunun müzakirəsini ehtiva edən Avropanın müdafiəsi ilə bağlı müzakirənin açılmasının tərəfdarıyam. Gəlin görək bizi həqiqətən nə qoruyur”.

Makronun fikrincə, Fransa doktrinası həyati maraqlara təhlükə yarandığı hallarda nüvə silahından istifadəyə icazə verir.

Globalinfo.az
Əliyar Xəlil