Ukrayna ordusu bu ərazilərdən geri çəkildi

Ukrayna hərbçiləri Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixaylovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Teleqram kanalında yazıb.

“Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib”, – deyə o qeyd edib.

Sırski bildirib ki, Ukrayna qoşunları həm şəxsi heyətlə, həm də hərbi texnika ilə düşmənə maksimum itki verir.