Həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanıldı

Zaqatalada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb.

Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra N. Muradovun bədənində 13 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar edilib. O, təcili olaraq cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.