FotoJet 2024 04 28T212058.753

Türkiyənin İstanbul şəhərində zəncirvari qəza baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlardan altı nəfərə yerində tibbi yardım göstərilib, iki nəfər isə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, Beşiktaş istiqamətində hərəkət edən avtomobilin sürücüsünün idarəetməni itirməsi hadisəyə səbəb olub. Avtomobil yolla gedən digər avtomobillərə çırpılaraq iki maşının üstündən asılı vəziyyətdə qalıb.

Qəzaya uğrayan “Maserati” markalı avtomobilin sürücüsünün millət vəkilinin qardaşı oğlu olduğu bildirilir.

IMG 20240429 000916 355

IMG 20240429 000916 910 IMG 20240429 000916 549

Paylaş: