2024 01 29T154917Z 471349325 RC2MR5A7TAQK RTRMADP 3 PENTAGON NATO AUSTIN pic 32ratio 900x600 900x600 14771

“Əgər Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindəki hədəflərə qarşı ABŞ-ın “ATACMS” taktiki ballistik raketlərindən istifadə edərsə, o zaman Moskvanın sərt cavab vermək hüququ olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkerson deyib.

“Bu, çox təhlükəlidir. Çünki Rusiya prezidenti Vladimir Putinin də eyni şəkildə, hətta daha sərt cavab vermək hüququ olacaq”, – o vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın “ATACMS” raketlərindən necə və nə vaxt istifadə edəcəyinə müstəqil qərar verəcəyini açıqlayıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin əmri ilə mart ayında bu raketlərin əhəmiyyətli hissəsi Ukraynaya ötürülüb.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: