Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin sözçüsü Nazeli Baqdasaryan deyib.

O bildirib ki, söhbət zamanı tərəflər Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqları müzakirə ediblər.

Rəsmilər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.

Baş nazir Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib, Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığının anlaşılan olduğunu, lakin qaldırılan məsələlərin həlli üçün mümkün olan hər şeyin ediləcəyini vurğulayıb.

Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.