Həmin gecə Ordumuz Xankəndiyə girsəydi… – Prezidentin açıqlamasındakı SİRR / VİDEO

15:00

Prezident İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bir çox diqqətçəkən məqamlar oldu. O çıxışlardan biri də Xankəndi ilə bağlıdır.

Sitat: “Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakto nəzarət edirdik və biz Şuşanı azad edəndən sonra mühasirəyə alınmış 15 min erməni hərbçinin aqibəti hər kəsə tamamilə aydın idi. Onlar ya təslim olmalı idilər, ya da onlar üçün daha da pis olacaqdı. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu”.

“Zənnimcə, onlar indi başa düşürlər ki, biz haqlı idik. Beləliklə, 5 illik müddət və heç bir tərəf etiraz etmədiyi təqdirdə uzadılma, əslində, qoşunların çıxarılmasının başlanğıc nöqtəsi oldu” – Prezident deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər kifayət qədər əhəmiyyətlidir.

Ətraflı videoda:

Turan Rzayev
Globalinfo.az