Rafahda əməliyyat keçirilməsə, hökumət parçalanacaq

İsrail Ordusu Rafah şəhərində əməliyyat keçirməyəcəyi təqdirdə hökumət koalisiyası parçalanacaq.

Globalinfo.az xəbər verir ki, bu bəyanatla bu gün İsrail maliyyə naziri, ultrasağ Dini Sionizm Partiyasının sədri Betsalel Smotriç çıxış edib.ğğ

“Ağ bayraq qaldırmağa və Rəfahın dərhal tutulması əmrini ləğv etməyə qərar versəniz, onda rəhbərlik etdiyiniz hökumətin mövcud olmaq hüququ olmayacaq”, – deyə nazir bildirib.