Azərbaycanda benzinə qatqı qatılır? SOCAR niyə susdu? – VİDEO

Bir neçə həftə əvvəl yanacaqdoldurma məntəqələrindən birində benzin çəninə su dolması ilə bağlı məlumat yayıldı. Bir neçə avtomobilə bu səbəbdən xeyli ziyan dəydi. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR zərərin qarşılanacağını dedi.

Elə bu hadisədən sonra sürücülərin dərdi açıldı. Benzin çəninə doğrudan da su dolur, yoxsa bezninə su qatılır?

Təbii ki, su qatılan benzinlə avtomobillərin hərəkəti mümkün deyil. Amma Azərbaycanda benzinə qatqı qatıldığı iddiaları hər zaman var. Sürücülər çox vaxt maşın ustalarından “benzini dəyiş” sözünü eşidirlər. İddia olunur ki, Aİ-92 markalı benzin keyfiyyətsizdir və avtomobillərə ziyan vurur. Məlum hadisənin üzərindən 3 həftə keçsə də,  İTV məsələ ilə bağlı SOCAR-dan cavab ala bilməyib.

Globalinfo.az ətraflı videonu təqdim edir: