Sarkisyan: Ermənistan Türkiyə iqtisadiyyatından asılı olacaq

“Ermənistan gələcəkdə özünü Türkiyə iqtisadiyyatından tamamilə asılı vəziyyətə sala bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan deyib.

O bildirib ki, 2024-cü ilin birinci rübünün nəticələrinə əsasən iri vergi ödəyicilərinin siyahısı Ermənistan iqtisadiyyatında çox az dəyişikliyin olduğunu göstərir

“İqtisadiyyatın idxal, satış və təkrar ixraca əsaslanan strukturu uzun müddət davam edərsə, Ermənistan iqtisadiyyatının çöküşü qaçılmaz olacaq. Bura siyasi komponent də əlavə etsək, o zaman gələcəkdə Ermənistanın tamamilə Türkiyə iqtisadiyyatından asılı olacağı ehtimalı böyükdür. Biz hər şeyi Türkiyədən idxal edəcəyik. Bu da ölkənin gələcək inkişafının və möhkəmlənməsinin əsaslarını məhv edəcək”, – Sarkisyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az