Ermənistan-İran yolu bağlandı

“Ermənistanda insanlar Tavuşa dəstək əlaməti olaraq Ermənistan-İran dövlətlərarası yolunun Yeqnadzor hissəsində bağlayıblar”. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, yol bağlanandan bir müddət sonra polis gəlib və dərhal açılmasını tələb edib:

“Cavabında insanlar traktorun xarab olduğunu bildirib”.

Qeyd edək ki, aprelin 19-dan Azərbaycanla Ermənistan arasında başlayan delimitasiya və demarkasiya prosesinə etiraz əlaməti olaraq sakinlər aksiyaya başlayıblar.

Safura Bənnayeva
Globalinfo.az