FHN-in basketbol komandası gümüş medal qazandı – FOTO

bb753563 bced 3996 a667 33b03b75f6d4

27-29 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3×3 basketbol növü üzrə Respublika birinciliyi keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 dövlət qurumundan 160 əməkdaşın iştirak etdiyi yarışda komandalar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Birincilikdə ilk dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın gümüş medalını qazanıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.