Tbilisidə etiraz aksiyasında qarşıdurma: xüsusi təyinatlılar səfərbər edildi – VİDEO

Tbilisidə etirazçılar Respublika meydanından parlament binasına yürüş ediblər.

Globalinfo.az xəbər verir ki, hazırda parlament binasının ətrafında vəziyyət gərgindir.

Polislə etirazçılar arasında qarşıdurma olub, polis bibər qazından istifadə edib

Əraziyə xüsusi təyinatlı polis dəstələri və su şırnağı səfərbər edilib.

***

Gürcüstanda “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra başlayan etiraz aksiyalar bu də davam etdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Tiflisin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş,Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələritoplaşıb.

Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar.