Nüvə silahı Rusiya sərhədinə gətirilir – Kremldən reaksiya

“Belə bəyanatlar ABŞ-da və bir sıra digər Avropa ölkələrində qorxuya səbəb olub, çünki onlar belə planlarının olmadığını söyləməyə tələsiblər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Polşa Prezidenti Anjey Duda “Fakt” nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.

Globalinfo.az