Millimiz Tacikistana qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.

Yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.

***
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirəcək.

Globalinfo.az-ın məlumatına görə, yığma Tacikistan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.