“Mançester Siti” səfərdə qələbə qazandı – VİDEO

İngiltərə Premyer Liqasının 35-ci turunun “Nottingem Forest” və “Mançester Siti” komandalarının qarşılaşması baş tutub.

Globalinfo.az xəbər verir ki, oyun “Siti Qraund” stadionunda (Nottingem, İngiltərə) baş tutub. Qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol 32-ci dəqiqədə fərqlənib. Ona yarımmüdafiəçi Kevin De Bröyne köməklik edib. 71-ci dəqiqədə “Şəhərlilər”in hücumçusu Erlinq Holand matçda yekun hesabı müəyyənləşdirib. İkinci ötürməni isə Kevin De Bröyne edib.

Bu qələbədən sonra 79 xal toplayan “Mançester Siti” Premyer Liqanın turnir cədvəlinə başçılıq edən “Arsenal”a (80) yaxınlaşıb. “Nottingem Forest” isə 26 xalla 17-ci yerdədir.