Baydenin TikTok qərarı ona baha başa gələ bilər

ABŞ-da TikTok-un qadağan edilməsi Prezident Co Baydenə səs verənlərin sayının azalmasına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Co Bayden TikTok sosial şəbəkəsinin ölkədə qadağan edilməsi haqqında müddəanı təsdiqləyib.

Bildirilir ki, Çinin “ByteDance” şirkətinin səhmlərini satmasından imtina etməsi ilə əlaqədar ABŞ-da belə qanun qəbul edilib.