Putinin Əliyevi yola salmasında diqqətçəkən detal: Kremldə nə baş verib? – VİDEO

Xəbər verdiyimiz kimi, İlham Əliyev 22 apreldə Moskvaya səfər edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Baykal-Amur Magistralının 50 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Vladimir Putin və İlham Əliyev BAM veteranları ilə görüşüb.

“Rossiya 1” telekanalı tədbirdən eksklüziv görüntülər yayımlayıb. Süjetdə xüsusilə diqqət Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi münasibətinə, zarafatlarına, eyni zamanda Putinin Ümummilli lider Heydər Əliyevin BAM-ın tikintisinin tamamlanmasında oynadığı müstəsna rolun vurğulamasına ayrılıb.

Putin bir daha etiraf edib ki, Əliyevin qətiyyəti olmasaydı, BAM olmayacaqdı.

Həmçinin Putinin İlham Əliyevi maşınına qədər müşayiət etdiyi, yalnız İlham Əliyevin korteji hərəkət etdikdən sonra geri qayıtdığı xüsusi vurğulanır.

Həmin süjeti təqdim edirik: