Mikayıl Cabbarov Səudiyyədə Nasserlə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində “Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin H. Nasser ilə görüşdə ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr apardıq.”, – iqtisadiyyat naziri qeyd edib.

***

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcək.

Globalinfo.az  xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankının 50 illiyinə həsr olunmuş Qızıl Yubileyi və İllik Toplantısında, həmçinin Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyik. Səudiyyə Ərəbistanının və digər ölkələrin rəsmiləri ilə əlaqələrimizin gündəliyində olan məsələlərə dair ikitərəfli görüşlər keçirəcəyik”, – o yazıb.