ABŞ-ın İranla gizli sövdələşməsi? – Cənubi Qafqaz üçün qorxunc iddia

Son günlər İranla ABŞ arasında gizli razılaşmanın olmasına dair fikirlər eşidilir. Əsas tezis bundan ibarətdir ki, Ermənistanın silahlandırılması məsələsində rəsmi Tehran Qərblə anlaşıb.

İranın Birləşmiş Ştatlarla gizli əlaqələri barədə müzakirələr əslində yeni deyil. Bu haqda ayrı-ayrı siyasətçilər də vaxtaşırı fikir bildirirlər. Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a son müsahibəsində bu məsələyə toxunub.

Amma mövzuya yanaşma birmənalı deyil: Tehranın Qərblə Ermənistan məsələsində gizli əməkdaşlığını istisna edənlər də var.

Siyasi şərhçi Aqşin Kərimov mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, Cənubi Qafqazda İranla ABŞ-ın bir-birilərinin maraqlarını gücləndirən sövdələşməyə girməsi inandırıcı deyil:

“Çünki İran Rusiyanın tənələrini də nəzərə alır və üstəlik Vaşinqtonla regional maraqları üst-üstə düşmür. İsrail də ABŞ-la İranın Cənubi Qafqazı masaya yatırmasında maraqlı deyil. Çünki Təl-Əviv bilir ki, belə bir razılaşma olsa, Tehran regionda əlavə proksi qüvvələr formalaşdırmaq işini gücləndirəcək”.

İran-İsrail müharibəsi: azərbaycanlılar hansı tərəfdə “vuruşacaq”? – "Parçalanma riski..." - GlobalInfo.az

Politoloq İranla İsrail arasında gözlənilən müharibəni də inandırıcı saymayıb:

“Burada məsələ hərbi qüvvələr nisbətinin müqayisəsindən getmir, əsas olaraq başlana biləcək müharibənin dərin geosiyasi yaralar buraxması ehtimallarıdır. İsrailin güclü kəşfiyyat imkanları və əməliyyat planlamaları, dəqiq silahları və hər nə qədər fikir ayrılıqları yaşasa da, ABŞ-dan aldığı dəstəklər onu üstün mövqelərə çıxarır.

İranın isə İsrailə qarşı ən güclü silahı proksi qüvvələrdir. Nəticə budur ki, hər iki tərəf yalnız kölgə müharibəsi ilə bir-biriləri ilə mübarizə aparır. Müharibə ssenarisində isə ən böyük qorxular İrana məxsusdur. Beynəlxalq təzyiqlər, İranın İsrailin hansı cavab tədbirləri görə bilməsini hesablaya bilməməsi və Tehrana qarşı açıla biləcək cəbhələr İslam Respublikasını həyəcanda saxlayır.

Deməli, birinci olaraq İran İsraillə birbaşa münaqişəyə girməkdən yayınır və regional eskalasiyaya düşə bilmək qorxusunu yaşayır.

İkincisi, İran bu zamana qədər İsrailin kritik infrastrukturlarına qarşı hər hansı effektiv zərbələr endirə bilmək təcrübəsini göstərə bilməyib.

Üçüncüsü, İranda daxili vəziyyət stabil deyil – həm saray intriqaları, həm də ölkədə tüğyan edən iqtisadi-sosial problemlər Tehranı ehtiyatlı olmağa vadar edir.

Buna görə də, İran İsraili hədələsə də, mümkün zərbələrin miqyası daha ölçülü şəkildə biçilir və genişmiqyaslı tonu özündə əks etdirmir”.

Ekspert deyib ki, bunların fonunda isə Yaxın Şərqdə nüfuzu yellənən ABŞ İrana qarşı sərt tədbirlər əvəzinə, onunla danışıqlara girməyi üstün tutur:

İranın ABŞ-la gizli oyunu 5 apreldə tam açıldı... » BAKİ-XEBER.COM - BAKI XƏBƏR İCTİMAİ-SİYASİ QƏZET

“ABŞ ilə İranın sövdələşmə ruhu yeni bir tendensiya deyil. ABŞ-ın Əfqanıstan və İraqa müdaxilələri zamanı Vaşinqtonla Tehranın əldə etdiyi razılaşmalar mövcud idi. Sonradan bu ip qırılsa da, ən azından nəzərdə saxlamaq lazımdır ki, Vaşinqtonla Tehranın gizli razılaşma təcrübələri olub.

Bu dəfə də həmin təcrübədən sonra yaranan dialoq kanalları inkişaf etdirilir. Belə ki, 2024-cü ilin yanvar ayında Omanda İran-ABŞ danışıqlarının keçirildiyi bildirilsə də, tərəflər arasında paralel kanallar vasitəsilə dialoqun davam etdiyi fikirləri güclənir.

Bu danışıqlar Vaşinqtonun Tehrandan müəyyən zəmanətlər ala bilmək istəkləri haqqında şərtləri canlandırır.

Vaşinqton tələb edir ki, İran və onun vəkil qüvvələri ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumları dayandırsınlar. Mümkündür ki, İran bunun əvəzində ABŞ-ın İsraili cilovlaması şərtini irəli sürür. Sözsüz ki, İsrail ABŞ ilə müttəfiq olsa da, Qəzzadakı müharibədən sonra onlar arasında artan gərginlik bir mənzərəni canlandırır: Təl-Əviv Ağ Evin tezislərinə məhəl qoymur”.

Turan Rzayev
Globalinfo.az