Paşinyanın sakinlərlə görüşündə gərginlik: evi yandırmağa çalışdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kirants (Güney) kəndinin sakinləri ilə görüşü başa çatıb.

Globalinfo.az xəbər verir ki, polis jurnalistlərə irəli getməyə və sakinlərlə söhbətləşməyə icazə verməyib.

Sakinlərdən biri Paşinyanın yeni heç nə demədiyini və bütün məsələlərin artıq qərarlaşdırıldığını bildirib.

“Bizim görüş zamanı verdiyimiz təkliflər nəzərə alınmayıb. Görüş çox gərgin keçib. Hətta sakinlər arasında evini yandırmağa cəhd edənlər də olub”, – erməni sakinlərdən biri vurğulayıb.

Erməni mediasının yazdığına görə, bir qrup insan hökumət binası qarşısında etiraz aksiyası keçirir.

Əliyar Xəlil
Globalinfo.az