Gürcüstanda keçmiş dövlət naziri saxlanıldı – FOTO

“Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında saxlanılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Petriaşvili xırda xuliqanlıq və polisin əmrinə tabe olmamaqda ittiham olunur.

Qeyd edək ki, Petriaşvili 2012-2014-cü illərdə dövlət naziri vəzifəsində çalışıb, bundan əvvəl Gürcüstanın Türkmənistan və Əfqanıstandakı səfiri olub.

Aleksey Petriaşvili

Safura Bənnayeva
Globalinfo.az