Rusiya bundan istifadə edir – Zelenski

Rusiya hücuma keçmək üçün Qərbin silah tədarükünün gecikməsindən istifadə edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O, müttəfiqlərin silahları daha tez çatdırmasının cəbhə xəttini gücləndirəcəyini vurğulayıb:

“Biz birlikdə Rusiyanın hücumunu pozmalıyıq. Təchizatda operativlik sözün əsl mənasında cəbhə xəttinin sabitləşməsi deməkdir. Ordumuza vaxtında dəstək lazımdır. Bu gün mən hələ bu məsələdə müsbət bir dəyişiklik görmürəm. Təchizat var, bir az başlayıb, ancaq bu prosesi sürətləndirmək lazımdır”.