Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sobhani ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Qriqoryan İran səfiri ilə delimitasiya məsələsini müzakirə edib.

Tərəflər eyni zamanda Ermənistan-İran əməkdaşlığına dair məsələləri də müzakirə ediblər.

Danışıqlar zamanı ikitərəfli gündəliyə, eləcə də Tehran və İrəvan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair  mövzulara da toxunulub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: