Bakı və İrəvan danışır: biz yoxuq! – Nazir

“Almatıda keçiriləcək danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov deyib.

“Biz mütəmadi olaraq Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, söhbət Astananın vasitəçiliyindən getmir. Qazaxıstan xoşməramlı xidmətlər və danışıqlar üçün platforma təqdim edəcək”, – Smadiyarov qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az