Fidan və Blinken görüşdü: Nələr müzakirə edilib?

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər Ər-Riyadda bir araya gəliblər.

Görüşdə Ukraynadakı vəziyyət müzakirə mövzusu olub.

Tərəflər Qəzza zolağındakı vəziyyət barədə də danışıblar, həmçinin ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Əliyar Xəlil
Globalinfo.az