Kəlbəcərdə usta faciəvi şəkildə öldü

Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Quba rayon sakini 1980-ci il təvəllüdlü Vüqar Cəmayev Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış binasının 4-cü mərtəbəsində işləyən zaman yıxılıb. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Vüqar Cəmayev Kəlbəcərdə yaşayış binasında usta işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.