“Üçbucaq sahə” adlanan ərazidə müzakirə gedir – Abelyan

“Aşağı Əskipara istiqamətində delimitasiya işləri yekunlaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin Voskepar icmasının rəhbəri İşxan Abelyan deyib.

“Proses Bağanis Ayrım kəndindən Aşağı Əskiparaya kimi tamamlandı. Sadəcə çayın digər tərəfindəki “Üçbucaq sahə” adlanan ərazi qalıb. Hazırda orada sakinlərlə müzakirə aparılır”, – İ.Abelyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az