İrəvandan Bakının razılaşdığı təklifə CAVAB

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almatıda görüşəcəklər”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan nazirlərinin görüşü barədə razılaşma əldə olunub. Bu görüşün Almatıda baş tutacağı dəqiqləşib”, – o bildirib.

Xatırladaq ki, Bakı xarici işlər nazirləri arasında Qazaxıstanda görüşün keçirilməsinə razılıq vermişdi.

Ayşən Mustafa
Globalinfo.az