Mişel etiraf etdi: “Bu ölkələr Kremlin siyasi hədəfinə çevriləcəkdi”

“Kifayət qədər uğursuz və iqtisadiyyatı zəif qeyri-sabit qonşuların olması son dərəcə təhlükəlidir. Tərəqqiyə nail olmaq və onu sürətləndirmək həm namizəd ölkələrin, həm də Aİ-nin maraqlarına uyğundur”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

O bildirib ki, genişlənmə Aİ-nin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Çünki genişlənmədən yeni “Dəmir Pərdə” riski mövcud olacaq.

“2004-cü ildə Aİ-nin ən böyük genişlənməsi baş verdi. O zaman təşkilata on yeni üzv, həmçinin yeddi keçmiş Sovet respublikası əlavə edildi. Əgər 20 il əvvəl bu, baş verməsəydi, Aİ və bloka daxil olmayan ölkələr bir-birindən dəmir pərdə ilə ayrılacaqdı və şərq ölkələri Kremlin siyasi hədəfinə çevriləcəkdi”, – Mişel vurğulayıb.

Onun sözlərinə görə, Şərqi Avropa və Qərbi Balkanlardakı doqquz ölkə hazırda Aİ-nin tamhüquqlu üzvü olmaq üçün gözləyir.

“Bloka qoşulma prosesinin uzun və mürəkkəb olduğu məlumdur. Namizəd ölkələr Aİ-nin ciddi tələblərini yerinə yetirməlidir. Ocümlədən məhkəmə və konstitusiya islahatları aparmalıdırlar”, – deyə Mişel bildirib.

Əliyar Xəlil
Globalinfo.az