Paşinyan Putinin andiçməsi ilə bağlı qərarını verdi

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə qatılmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “MediaHub” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Rusiyada prezident seçkiləri keçirildikdən sonra Moskvada ən çox müzakirə edilən məsələlərdən biri də Nikol Paşinyanın andiçmə mərasiminə qatılıb-qatılmayacağı ilə bağlıdır.

Məlumata görə, Paşinyan mayın 7-də keçiriləcək andiçmə mərasiminə qatılmayacaq, lakin mayın 8-də Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün Rusiyaya gedəcək.

Nəşr iddia edir ki, baş nazir mayın 9-da Qələbə Günü münasibətilə keçiriləcək parad və tədbirlərə də qatılmayacaq. Aİİ-nin yubiley mərasimindən sonra dərhal Ermənistana qayıdacaq. İrəvanın bununla Moskvaya narazılığını bildirməyə çalışdığı deyilsə də, bunun Qərbin tələbi ilə edildiyi bildirilir.

Məsələ ilə bağlı “News Armenia” baş nazir aparatına sorğu ünvanlayıb. Cavab olaraq Nikol Paşinyanın səfərləri ilə bağlı məlumatın səfər zamanı paylaşıldığı bildirilib.

Ayşən Mustafa
Globalinfo.az