Bəzi Aİ ölkələri bu tarixdə Fələstin dövlətini tanıyacaq – Borrell

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi may ayının sonuna qədər Fələstin dövlətini tanıya bilər.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

O bildirib ki, Fələstini hazırda Avropa Birliyinin 9 dövləti tanıyır.

“Mayın sonuna kimi bir sıra Aİ üzvü olan ölkələrin Fələstinin dövlətçiliyini tanıması gözlənilir. Fələstini hazırda AB-nin doqquz üzv dövləti tanıyır. Səkkiz ölkə – Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bunu 1988-ci ildə,yəni Aİ-yə daxil olmamışdan əvvəl, İsveç isə 2014-cü ildə edib. Mart ayında isə İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstin dövlətinin tanınması üçün birlikdə çalışacaqlarını açıqlayıblar. Tərəflərin ərazi maraqlarına görə, Fələstin-İsrail münaqişəsi onilliklərdir ki, davam edir. Bu, regionda gərginliyi və müharibəni alovlandırır. 1947-ci ildə BMT-nin qərarı İsrail və Fələstin dövlətinin yaradılması nəzərdə tutulsa da, yalnız İsrail dövləti yaradıldı”, – Borrell vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az