“Əminəm ki, Ermənistan KTMT-dən çıxmayacaq” – Balasanyan

“Alen Simonyanın Rusiyanın Ukrayna ərazisini işğal etməsi ilə bağlı bəyanatı Ermənistanın maraqlarından irəli gəlmir. Çünki Ukraynaya görə, Rusiya ilə münasibətləri gərginləşdirməyin mənası yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.

“Ermənistan hakimiyyəti erməni xalqının maraqlarına zidd olan Ukrayna gündəmini təbliğ edir. Lakin siyasətçilər çətin vəziyyətdə qalmamaq üçün bu cür bəyanatlarda çox diqqətli olmalıdırlar. Üstəlik, bu cür bəyanatları dövlətdə təmsil olunan üçüncü şəxsin səsləndirməsi məqsədəuyğun deyil”.

Politoloq hesab edir ki, Simonyanın bəyanatını Ermənistanın KTMT-dən çıxmaq istəyi kontekstində nəzərdən keçirmək olar.

“Əminəm ki, Ermənistan KTMT-dən çıxmayacaq. Bu cür bəyanatlar dövlət adamı tərəfindən səsləndirilməməlidir. Üstəlik, onlar öz şəxsi fikrlərini dövlətin mövqeyi kimi təqdim etməməlidirlər. Ermənistanda parlament diplomatiyası hazırda “axsaq” vəziyyətdədir. Halbuki, iki dövlət arasında yaranan fikir ayrılıqlarını bərabərləşdirmək və aradan qaldırmaq üçün çox fəal olmaq lazımdır”, – deyə Balasanyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az