Dünya şöhrətli aktyor sərbəst buraxıldı – İki qadın…

Fransalı aktyor Jerar Depardye uzun sürən sorğu-sualdan sonra Parisdəki polis idarəsini tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bidirilib ki, aktyorun cinsi zorakılıq ittihamı ilə məhkəməsi bu ilin oktyabrında baş tutacaq.

***13:10

Dünya şöhrətli aktyor Jerar Depardye Parisdə saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Nəşr bildirir ki, o, film çəkilişi meydançasında iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir.

Aktyor ona qarşı irəli sürülən bu ittihamları qəti şəkildə rədd edib.