Bakıda güclü külək: ağac maşının üzərinə aşdı – FOTO

Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək fəsadlar törədib.

Globalinfo.az xəbər verir ki, küləyin təsiri nəticəsində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 108 ünvanında irigövdəli ağaclardan biri aşıb.

Nəticədə ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.