Yola qaçan azyaşlını maşın vurdu – Anbaan video

Bakıda azyaşlını maşın vurub.

Globalinfo.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib.

Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib.