Ərdoğanın ABŞ səfərinə Ağ Evdən REAKSİYA: “Baydenin iş cədvəlində…”

“Baydenin iş cədvəlində hələ ki, Ərdoğanla görüş nəzərdə tutulmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.

Kirbi Türkiyə liderinin Vaşinqtona gözlənilən səfəri ilə bağlı sualı belə cavablandırıb:

“Baydenin cədvəlində prezident Ərdoğanın konkret səfəri ilə bağlı heç bir məlumat yoxdur. Ona görə də bu barədə şərh verə bilmərəm”.

Xatırladaq ki, Türkiyənin bir sıra müxalif media qurumları Ərdoğanın may ayında ABŞ-a planlaşdırılan səfərinin ləğv edildiyi barədə məlumat yayıblar.

Əliyar Xəlil
Globalinfo.az