Pentaqon sözçüsü: “ABŞ hərbçiləri Ukraynaya göndərilsə belə…”

“ABŞ hərbçiləri Ukraynada cəbhə xətti yaxınlığında yerləşdirilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib.

O bildirib ki, ABŞ hərbi məsləhətçiləri Ukraynaya göndərilsə belə, onlar cəbhə xətti yaxınlığında yerləşdirilməyəcək.

Rayder əlavə məsləhətçilərin göndərilməsi məsələsinə hələ də baxıldığını və bununla bağlı qərarın verilmədiyini vurğulayıb.

“Burada bir neçə əsas məqam var. Birincisi, göndərilən hərbi məsləhətçilərin sayı kiçik bir rəqəmlə ifadə olunacaq. İkincisi, bu şəxslər səfirlikdə işə götürüləcək. Onlar səfirliyin bütün əməkdaşları ilə eyni səyahət məhdudiyyətlərinə məruz qalacaqlar”, – deyə Pentaqon sözçüsü vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az