Metyu Brayza Laçında gördüklərindən danışdı

“Bu, mənim Qarabağa ilk səfərim deyil. Əvvəllər keçmiş Qarabağ münaqişəsinin həllində ABŞ-ın vasitəçisi olduğum üçün dəfələrlə Qarabağda olmuşam”.

Bu sözləri Globalinfo.az-a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Metyu Brayza Laçın şəhərinə səfərini şərh edərkən deyib.

O, Ermənistan rəsmiləri ilə Xankəndiyə səfəri zamanı dəfələrlə Laçında olduğunu bildirib:

“İndi isə Prezident Administrasiyasının yerli nümayəndəsi Məsim Məmmədov və onun komandası yeni infrastrukturun, yaşayış binalarının qurulmasında böyük işlər görür. Artıq Laçın rayonunda 2000-ə yaxın, şəhər mərkəzində isə 1700-ə yaxın insan yaşayır. Biz orada balıq fermasında olduq. Orada iş yerlərinin yaradılması üçün yeni kənd təsərrüfatı müəssisəsi var”.

Brayza Laçınla bağlı təəssüratlarının müsbət olduğunu deyib:

“Burada əsas plan bütün bərpa edilmiş ərazilər kimi, Laçını da yaşıl enerji zonasına çevirməkdir. Laçından müsbət duyğularla ayrılıram”.

Zaira Akifqızı

Globalinfo.az