Paşinyanın müəllimi onunla bağlı suala cavab vermədi

fb50dbcf9c67cb9cd1e69bc1f6e8ad5d

“Biz torpaq təslim etmirik, o kəndlər heç vaxt bizim olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın tarix müəllimi olmuş Aşot Paşinyan “Hraparak”a müsahibəsində deyib.

O bildirib ki, sözügedən 4 kəndin Ermənistana məxsus olması ilə bağlı fikir doğru deyil:

“Həmin kəndlər əvvəllər Qazax rayonunun tərkibində olub. Yəni bizə məxsus olmayıb. Söhbət hansısa torpağı təslim etməkdən yox, təhvil verməkdən, geri qaytarmaqdan gedir. Kəndlərin təhvil veriləcəyi zaman orada yerləşən erməni kəndlərinin blokadaya düşəcəyi fikri doğru deyil”.

Aşot Paşinyan keçmiş tələbəsi (N.Paşinyan – red.) barədə suallara cavab verməkdən imtina edib.

Ayşən Mustafa
Globalinfo.az