Putin döyüş meydanında uğur qazanmağın sirrini açdı

“Bu gün döyüş meydanında uğur qazanmaq texnoloji problemlərin həllinin sürətindən və səmərəliliyindən asılıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı deyib.

“Bu gün döyüş meydanında və cəbhə xəttində uğur qazanmaq texnoloji problemlərin nə qədər effektiv və tez həll olunmasından asılıdır. Eyni zamanda bunu real vaxtda necə irəli aparmağın yollarını bilmək lazımdır”, – deyə Putin vurğulayıb.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Putin Ukraynanın demilitarizasiyası və denazifikasiyasının planlaşdırıldığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az