Ağdam məscidində 32 il sonra ilk dəfə azan səsləndi – VİDEO

Ermənistan işğalından azad edilən Ağdamın Cümə məscidində bərpadan sonra ilk dəfə azan səsləndirilib.

Globalinfo.az xəbər verir ki, videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, Ağdam məscidi hələ Birinci Qarabağ Müharibəsi zamanı ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə şahidlik edib.

Belə ki, Xocalı faciəsi zamanı qətlə yetirilən azərbaycanlıların cəsədləri bu məscidə gətirilib.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb.

Aprelin 25-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Videonu təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az