Tavuş qarışdı: erməni deputat huşunu itirdi – VİDEO

Ermənistanın Tavuş (Tovuzqala) bölgəsində keçirilən aksiyalar zamanı parlamentin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyanın halı pisləşib. 

Globalinfo.az xəbər verir ki, erməni deputat Tavuşda Kirants-Voskepar yolunda huşunu itirib.

Məlumata görə, əraziyə cəlb edilən polis yolu açmağa çalışdığı zaman ertirazçılarla qarşıdurma yaşanıb. Polis bəzi etirazçılara güc tətbiq edib. Onlardan biri də deputat Qarnik Danielyan olub.

Erməni deputatın polislə toqquşmadan sonra halı pisləşib, huşunu itirərək yerə yıxılıb.

Ayşən Mustafa
Globalinfo.az