Ermənilər Kərkidə hərəkətə keçdilər – VİDEO

Ermənistanda etirazçılar İranla dövlətlərarası yolun Tiqranaşen (Kərki kəndi – red.) hissəsindən keçən yolu bağlayıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Hazırda Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatları Arman Qazaryan və Mqer Saakyanın ərazidə olduğu və etirazlarda iştirak etdiyi bildirilir.

Məlumata görə, əraziyə cəlb edilən polislə etirazçılar arasında qarşıdurma yaşanır. Polis güc tətbiq edərək yolu açmağa çalışır.

Qeyd edək ki, hazırda Ermənistan-Gürcüstan və İrəvan-Gümrü yollarının etirazçılar tərəfindən bağlandığı, vəziyyətin gərgin olduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az