662a855803805662a8558038061714062679662a855803801662a855803803

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Podqoritsa hava limanında nümayəndə heyətini Monteneqro Parlamentinin sədri Andriya Mandiç, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Nada Lakoviç, Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasıyev, Monteneqronun Azərbaycandakı səfiri Perisa Kastrotoviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.

662a85581a267662a85581a2681714062679662a85581a263662a85581a266 662a8557e1e10662a8557e1e111714062679662a8557e1e0d662a8557e1e0e 662a8557c4109662a8557c410a1714062679662a8557c4107662a8557c4108

Paylaş: