İrəvan elan etdi: Bakıdan qaz almağa hazırıq!

“Ermənistan Azərbaycandan qaz alınması məsələsini müzakirə etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

A.Simonyan bu məsələnin Bakı ilə müzakirə edilməli olduğunu bildirib:

“Düşünürəm ki, çox müsbət haldır. Müqaviləyə əsasən Rusiyadan gələn və Azərbaycandan keçərək Avropaya daşınan qaz bizdən də keçir. Fikrimcə, Ermənistana Azərbaycandan qaz kəməri çəkilməsi ilə yanaşı, İrandan da qaz almağımız çox yaxşı olar”.

Ayşən Mustafa
Globalinfo.az